<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Qüdrətlə yaratdın, qurdun dünyanı
 Verdin insanlara, verdin dünyanı.
 Sevdin məhəbbətlə, sevdin dünyanı
 Oğulu bizlərə Qurban yetirdin.

[V2]
 Qurbanlıq Quzu tək günahımızı
 Daşıdı çarmıxda Öz bədənində.
 Yudu Öz Qanıyla günahımızı,
 Bizə həyat verib qalxdı Göylərə.

[V3]
 Böyük məhəbbətlə can qurban verib,
 Rəbb İsa yaşayan canlı Söz oldu.
 Ata istəyilə Göylərdən gəlib,
 O, Xilaskarımız, Rəbbimiz oldu.</lyrics>
<title>Qüdrətlə yaratdın İL162</title>
<hymn_number>162</hymn_number>
</song>